QOÇ
Iş görərkən daha sakit davranmağa çalışın. Çünki gün boyu zaman-zaman pessimistləşəcəksiniz. Diqqətinizi yayındıran mövzulardan uzaq durun.
BUĞA
Ani qərarlar qəbul edə, əvvəlki qərarları dəyişdirə bilərsiniz. Tələsik iş görməyin. Ən pisi odur ki, mübahisələrdən uzaq dura bilməyəcəksiniz.
ƏKIZLƏR
Xəbərləşmələrlə əlaqədar kiçik problemləriniz olacaq. Bir az həyəcanlı və həssas davranacaqsınız. Enerjinizi müsbət istiqamətdə istifadə etməyə səy göstərin. Gərəksiz pul xərcləməməyiniz məsləhətdir.
XƏRÇƏNG
Xəyallarınızı reallaşdıra bilərsiniz. Üstəlik, həm dostlarınız, həm də sevgiliniz proyektlərinizi dəstəkləyəcək. Müsbət və anlayışlı davranmağı bacaracaqsınız.
ŞIR
Kompleks düşüncələr duyğularınızı hərəkətə keçirəcək. Səbirsiz və pessimist olacağınız bildirilir. Qara fikiirlərdən uzaqlaşıb daha yaradıcı olmağınız lazımdır. Özünüzə uyğun olmayan adamla eşq macərası yaşaya bilərsiniz.
QIZ
Həm eşq, həm də pul baxımdan məhsuldar bir gündür. Fürsətləri qiymətləndirə biləcəksiniz. Maraqlı və fərqli istəkləriniz olacaq, həyatınızda əhəmiyyətli dəyişikliklər edəcəksiniz.
TƏRƏZI
Hisslərinizi qabardan vəziyyətlər olsa belə sakit və qərarlı bir gün keçirəcəksiniz. Inkişafları gözləyəcək, problemləri böyütməyəcəksiniz. Içinizdə yeni istəklər oyansa belə uyğun zamanı gözləməyi bacaracaqsınız.
ƏQRƏB
Günün xəbərləri sizi rahatlaşdıracaq. Uzun zamandır görmədiyiniz köhnə bir dostunuzla təsadüfən qarşılaşacaq, birlikdə xoş vaxt keçirəcəksiniz. Gəlirlə bağlı çox maraqlı fürsətlərlə qarşılaşa bilərsiniz.
OXATAN
Son dərəcə müsbət istiqamətdə inkişaflar gözlənilir. Ancaq özünüz olmayan problemlər yaradacaqsınız. Içinizdən həyatınızı dəyişmək arzusu baş qaldıracaq.
OĞLAQ
Şən və gözəl gündür. Özünüzü qüvvətli hiss edəcəksiniz. Idman edə, səyahətə çıxa və yeni sərmayələr qoya bilərsiniz. Özünüzə olan güvən və əhvalınız getdikcə yüksəlir.
DOLÇA
Gələcəklə bağlı fərqli gözləntiləriniz var. Özünüzə nəzarət çətin olacaq. Müxtəlif və fərqli fikirləriniz olacaq və qərar verməkdə çətinlik çəkə bilərsiniz.
BALIQLAR
Həm zehni, həm də romantik baxımdan yüksəlirsiniz. Bu vaxt daxilinizdəki enerji sizi tam fərqli istiqamətlərə doğru aparacaq. Ani qərarlar verəcəksiniz. Potensialınızı istifadə etməlisiniz.