Brauzer valideynlərə uşaqlarının ziyarət etdikləri saytları nəzarətdə saxlamağa imkan yaradır
Ən çox istifadə olunan internet-brauzerlərdən biri “Google Chrome” valideynlərə uşaqlar üzərində nəzarət imkanı yaradıb. ANS PRESS-in Rusiya mətbautına istinadən verdiyi xəbərə görə, indi “Chrome”da brauzerin konkret istifadəçi üçün bu və ya digər saytların ziyarət üçün məhdudiyyət yaratmaq olur.
Bu, xüsusən valideynlərə uşaqlar üzərində nəzarəti gücləndirmək üçün əla imkan yaradır. Beləki, uşaqların internetdən istifadəsi zamanı əxlaqa zidd olan saytlara girişi bağlamaq olur.
İstifadəçilərə bu imkanı verən opsiya “yoxlanılan istifadəçilər” adlanır və brauzerin əsas sazlanma yerində yerləşir. Valideyn nəzarətini yaratmaq üçün mütləq yeni hesab yaratmaq lazımdır. Bundan sonra icazə verilən və qadağan edilən saytların siyahısını idarə etmək olar.