Günün ulduz falı (24.10.2013)

Qoç

Son dərəcə uğurlu bir gündür. Eşidəcəyiniz xəbərlər sizi xoşbəxt edəcək. Mənfi duyğulardan və bədbin əhval-ruhiyyədən tamamilə uzaqlaşırsınız.

Buğa

Yoldaşlarınızla (xüsusilə, iş yoldaşlarınızla) aranızda anlaşılmazlıqlar yaşana bilər. Diqqət tələb edən mövzularda daha tədbirli davranmalısınız. Bu gün köhnə dostunuzla qarşılaşa bilərsiniz.

Əkizlər

Bu gün özünüzü daha güclü hiss edəcəksiniz. Bir xəbər həyəcanlanmağınıza səbəb ola bilər. Uzaq səfərlər üçün proqram qura bilərsiniz. Istəkləriniz artdıqca səbrsiz olursunuz.

Xərçəng

Yaxınlarınızın problemlərilə maraqlanacaq, ev işlərinə daha çox zaman ayıracaqsınız. Dostlarınızı evinizə dəvət edə, əlaqələrinizi gücləndirə bilərsiniz. Sevdiyiniz şəxslə aranızdakı münasibət də yaxşı olacaq.

Şir

Son dərəcə həssassınız. Eşidəcəyiniz xəbərlərdən təsirlənəcəksiniz. Amma həyəcanlanmayın, sakit olun. Qərar vermək tələb olunan məsələlər üzərində çox dayanmaqla, qərarsız qala bilərsiniz.

Qız

Sağlam düşünəcək və hisslərinizə nəzarət etməyi bacaracaqsınız. Ancaq gərginlik keçirəcəyiniz də istisna deyil. Özünüzü çox yormamağa çalışın.

Tərəzi

Rahat və sakit bir gündür. Əvvəldən qərar verdiyiniz məsələlər üzərində işlərinizi davam etdirə bilərsiniz. Axşama doğru alacağınız dəvətə sevgilinizlə birlikdə qatılıb əylənə bilərsiniz.

Əqrəb

Özünüzü son dərəcə güclü hiss edəcək, hisslərinizə hakim olmağı bacaracaqsınız. Gün romantika baxımından yadda qalandır, sevgilinizlə aranızdakı münasibət güclü və həyəcanverici olacaq.

Oxatan

Uğurlu gündür. Içinizdən yüksələn istəklər gərginlik yaratsa belə, sizi motivasiya edəcək. Gün ərzində duyğularınız getdikcə yüksələcək və istəkləriniz artacaq.

Oğlaq

Özünüzü yaxşı hiss edəcəksiniz. Əlinizə keçən fürsətləri qiymətləndirəcək və yeni qərarlar qəbul edəcəksiniz. Ictimai fəaliyyətinizlə yanaşı, istəkləriniz də gücləndiyi üçün yeni addımlar ata bilərsiniz.

Dolça

Günün bir xəbəri sizi yerinizdən oynadacaq. Ancaq qərar vermək üçün tələsməyin. Diqqətli olun, çünki yanlış anlamış ola bilərsiniz. Gərəksiz mübahisələrə girişməyin və səbrsizlik nümayiş etdirməyin.

Balıqlar

Bu gün yeni planlar quracaq, enerjinizdən düzgün istiqamətdə istifadə etməyi bacaracaqsınız. Həmçinin maraqlı fürsətlərlə qarşılaşa bilərsiniz. Xoşbəxtlikdən onları qiymətləndirməyi bacaracaqsınız.