ABŞ şirkəti Azərbaycana görə ittiham olundu

Booz Allen müxalifətçilərin yazışmalarını izləmək üçün hakimiyyətə kömək edir

 

 

«Forbes» nəşri Amerikanın Booz Allen Hamilton şirkətinin bir sıra ölkələrdə dissidentərin elektron yazışmasını izləməyə imkan verən proqram təminatı quraşdırdığını iddia edən məqalə dərc edib. Bu ölkələr arasında Azərbaycanın da adı çəkilir.

Nəşr anonim mənbələrin firmanın Azərbaycanda nümayəndəliyi olduğu, sosial şəbəkələrdə (məsələn, Facebook kimi) mövcud olmayan şəxslər üçün anonim profillər yaradaraq, onların köməyilə uydurma adlarla akkaunt açan dissdentlərin adlarını müəyyən etdiyi barədə iddialarına istinad edir. Bu metod astroturfing kimi məşhurdur.
İnformasiya HBGary’s mühafizə şirkətinin baş direktorunun minlərlə elektron məktubu İnternetə düşdükdən sonra ortaya çıxdı.

Sosial şəbəkələrdə bu məlumatı müzakirə edən hakerlər iddia edirlər ki, bu, yuxarıda adı çəkilən, Azərbaycan hökumətinə də satılmış Booz Allen proqramı sayəsində mümkün olub.
Şirkət özü İnternet istifadəçilərinin bu ittihamları ilə bağlı heç bir şərh vermir.

Maraqlıdır ki, son vaxtlar Azərbaycan xüsusi xidmət orqanları sosial şəbəkələrdən istifadə edərək etiraz aksiyaları keçirən gənc fəalların planlarını kifayət qədər uğurla izləyib, aşkara çıxarır.

* Qərargah-mənzili Virciniyada yerləşən Booz Allen Hamilton ABŞ hökumətinə müdafiə, kəşfiyyat və vətəndaş sektoru sahəsində, habelə korporasiyalara, müəssisələrə və qeyri-kommersiya təşkilatlarına xidmət göstərir, deyə şirkətin veb-saytında bildirilir (“Turan”).