Rusiyadan böyük axın başlayır

Miqrantlara qarşı xüsusi əməliyyata start verilib

Rusiyada miqrantlara qarşı xüsusi əməliyyat başlanılıb. Bu barədə “Azadlıq”a Moskvadakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, sahə müvəkkilləri ev-ev gəzərək miqrantları müəyyənləşdirir və onların müvafiq qeydiyyat sənədlərini yoxlayırlar.

Əgər sənədlərdə hər hansı problem olsa, onlar dərhal deportasiya edilir. Ev sahibi isə cinayət məsuliyyətinə cəlb olunur. Mənbə bildirib ki, bu proses dünəndən etibarən Moskvada başlayıb. Lakin bütün Rusiyanı əhatə edəcək.