Bir şüşə şampan 1.8 milyon dollara

Fransız şirkəti “Gout de Diamants” bu yaxınlarda yeni şampan şərabını satışa çıxarıb. Şərabın fantastik qiyməti hər kəsi təəccübləndirib.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bir şüşə şərabın qiyməti 1 milyon 829 min dollardır.

Lakin şüşəyə bircə dəfə baxmaq kifayətdir ki, qiymət haqqında unudasan. Şampan şüşəsinin 18 karat ağ qızıldan hazılanmış etiketində eksklüziv olaraq alıcının adı yazılacaq.

Şüşənin dizaynını dünya şöhrətli britaniyalı dizayner Aleksandr Amosu hazırlayıb. Hər bir şüşənin etiketi üçün xalis brilyant və 18 karat ağ qızıl istifadə olunub.