Günün ulduz falı (19.10.2013)

QOÇ

Günün xəbərləri həyəcanlanmanıza səbəb olacaq. Romantik gərginliyinizi sevgilinizə hiss etdirməyin. Pessimist duyğulardan uzaq durun. Sürpriz inkişaflardan təsirlənərək, gələcəyə bağlı çox fərqli ideyalarınız olacaq.

BUĞA

Bu gün son dərəcə şən və hərəkətli bir gün yaşayacaqsınız. Daxilən sizə əziyyət verən duyğuların azaldığını hiss edəcəksiniz. Beləcə, gərginlikdən xilas olaraq sevdiyiniz şəxslə münasibətləri bərpa edə bilərsiniz. Ümumilkdə xoş bir gün yaşayacaqsınız.

ƏKIZLƏR

Yoldaşlarınızdan eşidəcəyiniz xəbərləri düzgün qiymətləndirməlisiniz. Getdikcə böyüyən arzuların fərqinə varın. Bürcün tənha nümayəndələri qatılacaqları bir dəvətdə xəyallarındakı adamla qarşılaşa və aşiq ola bilərlər.

XƏRÇƏNG

Yoldaşlarınızı və yaxınlarınızı evinizə dəvət edə bilər, dostlarınızla çox xoş vaxt keçirə bilərsiniz. Sevdiyiniz şəxslə birlikdə qatılacağınız yığıncaqlar və əyləncə yerlərində şən vaxt keçirəcəksiniz. Sevgilinizlə birlikdə olarkən özünüzü daha güclü və rahat hiss edəcəksiniz.

ŞIR

Diqqət tələb edən işlərlə məşğul olarkən ehtiyatlı davranmalısınız. Diqqətinizi gördüyünüz işə yönəltməyə çalışın. Unutqanlıq və dalğınlıq üzündən çətin vəziyyətə düşə bilərsiniz. Sevdiyiniz şəxslə bağlı arzularınız arta bilər.

QIZ

Bu gün bəzi dostlarınızla görüşəcək və onlarla şən vaxt keçirəcəksiniz. Içinizdə gedərək böyüyən enerci sizi gəzməyə və səyahətlərə çıxmağa sövq edəcək. Bu xoş vəziyyətdən faydalanmağı bacarın.

TƏRƏZI

Bu gün duyğularınızı hərəkətə keçirəcək bir vəziyyətlə qarşılaşacaqsınız. Dərhal qərar verməyin. Sakitləşəndən sonra vəziyyəti yenidən nəzərdən keçirin. Sevgilinizin dəstəyi əhvalınızı düzəldəcək. Əhvalınız yüksək olduğu üçün problemləri şişirtməyəcəksiniz.

ƏQRƏB

Özünüzə olan inam artır. Yaşadığınız şərtlərin üzərində təkrar düşünəcək və sevgilinizin dəstəyini istəyəcəksiniz. Aranızdakı münasibət daha sıx olacaq. Üzərinizdəki təzyiqlərin azalmasıyla birlikdə yeni istəklər baş qaldıracaq.

OXATAN

Səhər saatlarında eşidəcəyiniz bir xəbər üzündən narahatlıq keçirə bilərsiniz. Enerjinizlə birlikdə gözləntiləriniz artacaq. Sürprizlərdən təsirlənəcəksiniz. Həyatınızda ciddi və köklü dəyişiklər yaşarkən tədbirli davranmalısınız. 

OĞLAQ

Uzaqlarda olan bir dostunuzdan alacağınız xəbərlə özünüzü daha yaxşı hiss edəcəksiniz. Ən yaxın adamınızla aranızda çıxan anlaşılmazlıqları yenidən gözdən keçirin, hadisələrə fərqli bucaqlardan baxmağı bacarın. Səyahətə çıxmağı planlaşdıra bilərsiniz. Səfər hazırlıqlarına başlamaq olar.

DOLÇA

Bu gün özünüzü sakit və rahat hiss edəcəksiniz. Yeni planlar qura bilər və yaxın ətrafınızdan dəstək istəyə bilərsiniz. Ancaq düşüncələrinizi hələlik özünüzə saxlamanızda fayda var. Sizi yanlış anlamaları mümkündür. 

BALIQLAR 

Bu gün özünüzü daha şən və nikbin hiss edəcəksiniz. Bütün diqqətinizi işlərinizə yönəltməkdən imtina edib bir az da özünüzə və sevdiyiniz şəxsə zaman ayırmalısınız. Ona qarşı bir az daha anlayışlı davranmalı, aranızdakı problemləri böyütməyin.