Milli Şura Elçibəyi yad etdi VİDEO

Demomokratik Qüvvələrin Milli Şurası 18 oktyabr Milli Müstəqillik Günü münasibəti ilə mərhum eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edib. Şuraya daxil olan partiya liderləri və fəallarının iştirakı ilə təşkil olunan anım törəninə Elçibəy idelarının daşıyıcı olan gənclər də qatılıblar. AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, Milli Bozqurd Partiyasının sədri İsgəndər Həmidov Elçibəyin məzarı başında çıxış ediblər. Onlar Azərbaycan xalqını Müstəqillik Günü münasibəti ilə təbrik ediblər, müstəqilliyimizin qazanılmasında Əbülfəz Elçibəyin xidmətləri barədə danışıblar.

Saat 15:00-da Müsavat Partiyasının qərargahında Müstəqillik Gününə həsr olunmuş tədbir keçiriləcək.