AXCP yeni kirayələdiyi qərargahda ilk partiya tədbirini keçirib. Bakı şəhər partiya şöbə rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə əsasən mitinq hazırlığı müzakirə edilib.
Əvvəlki mitinqlər haqda fikirlər səslənib, fəalların iştirak səviyyəsi dəyərləndirilib. Müşavirədə qərara alınıb ki, bütün şöbələr üzrə genişləndirilmiş toplantılar keçirilsin, mitinq hazırlığı gücləndirilsin.