Erməni müxalifəti “Azadlıq” meydanına girdi

 

 

İrəvanda keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərliyi ilə Erməni Milli Konqresinin təşkil etdiyi mitinqin miqyası böyüyüb.  Əvvəlcə Matenadaran yaxınlığına yığılan on minlərlə müxalifət tərəfdarı az sonra Azadlıq meydanına yürüş edib. Bu meydanda mitinq keçirməyə 2008-ci ildən ildən müxalifətə icazə verilmirdi. Müxalifət liderləri mitinqdə elan ediblər ki, artıq polis onların meydana daxil olmalarına razılaşıb.
Müxalifətin on minlərlə tərəfdarı Azadlıq meydanında “Levon prezident!” şüarları səsləndiriblər.

***

Erməni müxalifəti meydanda istefa xəbəri gözləyir

İrəvanda keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin mitinqi başlayıb. Erməni mənbələri Matenadaran yaxınlığına on minlərlə adamın toplaşdığını xəbər verirlər. Aksiya iştirakçıları Matenadarandan Nairi kinoteatrına qədər məsafədə sahəni doldurublar.

 

Müxalifət mitinqinə Liviyada hökumət qüvvələri ilə müxalifət fəalları arasında qarşıdurmada həlak olanlartın və Yaponiyada baş vermiş zəlzələdə dünyasının dəyişənlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Aksiya iştirakçıları Ter-Petrosyanı “Levon prezident!” şüarları ilə qarşılayıblar.
Mitinqdə çıxış edənlərin bəziləri deyiblər ki, istefa xəbərləri eşitmənədək evlərinə getməyəcəklər. Çıxış edənlərin bəziləri yeni seçki tələbləri səsləndiriblər.

Xalq Partiyasının lideri Stepan Dəmirçyan, “Respublika” partiyasının rəhbəri Aram Sargsyan da mitinqdə iştirak edib.

Mitinqdə elan edilib ki, elə bu gün hökumət siyasi məhbuslardan birini – Harutyun Urutyanı azad edib.

Aksiyada çox sayda gənclər və uşaqlar da iştirak ediblər.

Polislə aksiya iştirakçıları arasında hər hansı qarşıdurma qeydə alınmayıb. Bununla belə mitinqin keçirildiyi məkanın yaxınlığında olan Azadlıq meydanına çoxlu sayda polis qüvvələri cəlb edilib. Polis meydana gedən yolları bağlayıb (“Azadlıq” radiosu).