Azərbaycan Şımalı İrlandiyanı məğlub etdi

Azərbaycan millisi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Berti Foqtsun rəhbərlik etdiyi komanda Şımali İrlandiya yığmasını qəbul edib. “Bakcell Arena”da keçirilən oyunun birinci hissəsi qolsuz başa çatıb. Oyunun 58-ci dəqiqəsində Rüfət Dadaşov hesabı açdı. Oyuna əlavə olunmuş dəqiqələrdə isə Mahir Şükürov ikinci topu rəqibin qapısından keçirdi. Oyun Azərbaycan millisinin 2-0 hesablı qələbəsi ilə başa çatdı.

azadlıq.info