“The Washington Post” total saxtakarlıqdan yazdı

Azərbaycanda keçirilən prezident seçkiləri və bu seçkilər zamanı baş verən qanun pozuntuları xarici mətbuatda da əksini tapıb. ABŞ-ın iki nüfuzlu nəşri – “Associated Press” və  “Washington Post” total saxtakarlıqlardan söz açıb. Nəşrlərin yazdığına görə, İlham Əliyev qalib elan edilsə də, müxalifət seçkilərin leqitimliyini şübhə altına alır. Buna səbəb isə seçki prosesi zamanı baş verən çoxlu sayda saxtakarlıqlardır. Nəşrlər Əliyevin əsas rəqibi, müxalifətin vahib namizədi Cəmil Həsənlinin də fikirlərinə yer ayırıb. C.Həsənli seçkilərdə total saxtakarlığın baş verdiyini və vətəndaşların hüquqlarının kobud  şəkildə pozulduğunu bildirib. Bu da seçkilərin nəticələrini şübhə altına almağa əsas verir. Həsənli həmçinin qeyd edib ki, onun nümayəndələri seçki məntəqələrdə bir nəfərin bir neçə bülleten atmasının şahidi olub. «Təəssüf ki, bir çox dövlət məmurları bu saxtalaşdırmanın iştirakçısı olmaqla ağır dövləti cinayət törətmiş olublar», – deyə C.Həsənli qeyd edib. 

Hər iki nəşr beynəlxalq hüquq müdafiə təşkilatları nümayəndələrinin İ.Əliyevi müxalifət təmsilçilərinə edilən təzyiqlərə, seçki şəratinin yaradılmadığına görə tənqid etməsini, həmçinin dövlət başçısı tənqidə dözümsüz yanaşdığını da qeyd edib. 

azadlıq.info