AXCP sədri Əli Kərimli isə saat 12-də 23 saylı Nəsimi-Səbail dairəsinin 5-ci məntəqəsində səs verib. Əməkdaşımız xəbər verir ki, məntəqə namünasib təşkil olunub. Müşahidəçilər üçün ayrılan yerdən komissiya üzvlərinin hərəkətlərini və səsvermənin gedişini izləmək mümkün deyil.
AXCP sədri səsvderməyə həyat yoldaşı Samara Seyidova ilə birlikdə gedib. Bəlli olub ki, Samara Seyidovanın adı seçici siyahısında yoxdur. Bir qədər tərəddüdən sonra komissiya üzvləri onun adını əlavə siyahıya daxil ediblər.
Əli Kərimli səsvermədən sonra jurnalistlərə açıqlama verib. O, seçiminin təbii ki, Cəmil Həsənli olduğunu deyib. AXCP sədri səsvermə başlayandan kütləvi saxtakarlıqla bağlı xeyli məlumatlar aldıqlarını deyib. Beynəlxalq birlikdən necə reaksiya gözlədiklərinə dir suala cavabında Əli Kərimli bildirib ki, səsverməyə qədər olan prosesə verilən reaksiyalar müsbətdir. O bu xüsusda xarici medianın obyektiv qiymətləndirmələrini ayrıca qeyd edib. Bildirib ki, beynəlxalq müşahidə missiyasından və beynəlxalq birlikdən seçkinin nəticələrinə obyektiv qiymət gözləyirlər. Bununla belə, o, başlıca məsuliyyəti Azərbaycan xalqının daşıdığı fikrini təkrarlayıb.
Milli Şuranın sonrakı addımlarına gəlincə, Əli Kərimli buna məsləhətləşmələrdən sonra qərar verəcəklərini deyib.