Azərbaycanda 12 illik təhsil sisteminə keçid

Nabatəli Qulamoğlu: «Azərbaycanda təhsilin başlıca problemi bu deyil, burada siyasi həyatın məktəb həyatına müdaxiləsi var»

 

Təhsil Nazirliyi 12 illik təhsil sisteminə keçidlə bağlı növbəti dəfə məlumat yayıb. Məlumatda bildirilir ki, 12 illik təhsilə keçidlə bağlı zəruri tədbirlərin həyata keçirilməsi “Azərbaycan-2020: Gələcəyə Baxış” Inkişaf Konsepsiyasında nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycanın hazırkı “Təhsil haqqında” qanununda ümumi təhsilin müddəti 11 il müəyyənləşdirilib: ibtidai təhsil (I-IV siniflər), ümumi ortaÿtəhsil (V-IX siniflər), tam orta təhsil (X-XI siniflər). Azərbaycanda 9 illikÿümumi orta təhsil icbaridir.

Təhsil Nazirliyinin təmsilçiləri məsələni belə əsaslandırır ki,ÿ12 illik təhsil sisteminə keçid nəticəsində tədris proqramları nisbətən yüngülləşəcək, şagirdlərin fənlər üzrəÿ həftəlik təlim yükü azalacaq,ÿproqramların yüngülləşməsilə tədris prosesində psixoloji gərginlik minimuma enəcək və bu amil şagirdlərin sağlamlığına, təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək. Eyni zamanda, əlavə dərs saatları yaranacaq və bu, müəllimlərin maddi vəziyyətinin yaxşılaşması ilə nəticələnəcək.ÿHazırda ölkənin ümumtəhsil məktəblərində 150 min 358 nəfər müəllim işləyir ki, onlardan ÿ31 min nəfəri Bakı şəhərinin payına düşür.

12 illik təhsil sisteminə keçid nə qədər uğurlu modeldir? Bu suala təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu ilə aydınlıq gətirməyə çalışdıq.

Ekspert deyir ki, hər zamanın öz hökmü olduğu üçün dünyada təhsilin də standartları dəyişir: “Vaxt vardı standartlar geniş deyildi və müvafiq müddət nəzərdə tutulmuşdu. Indi isə dünyanın az qala, yarıdan çoxu 12 illik təhsil sisteminə keçib. Bizim təhsil sistemini də bu modelə uyğunlaşdırmaq istəyirlər. Amma bizim təhsilin başlıca problemi bu deyil, başqa məsələlərdir. Azərbaycanda siyasi həyatın məktəb həyatına müdaxiləsi var. Hesab edirəm 12 illik təhsilə keçid düzgündür və gec-tez öz yerini tapacaq. Yəni, 12 illik təhsilə keçid heç nədən asılı olmayaraq onsuz da baş verəcək”.

Nigar