Seçkidə qanun pozuntularını qeydə alacaq sayt işə düşdü

Artıq dünəndən Milli Şuranın təşəbbüsüylə 9 Oktyabr Prezident seçkilərində yarana biləcək qanun pozuntularını qeydə alacaq sayt fəaliyyətə başlayıb. mushahide2013.com ünvanında olan saytda seçkilər öncəsi, seçkilər zamanı və seçkilərdən sonra baş vermiş qanun pozuntuları ilə bağlı faktlar xəritə üzrə qeyd olunur. Pozuntular barədə məlumatlar isə əsasən 055 671 88 84 nömrəsinə sms vasitəsilə və saytın özündə yaradılmış məlumat göndər funksiyası vasitəsilə həyata keçirilir. İstifadəçilər istənilən vaxt sayta daxil olaraq xəritədə məntəqə və dairə üzrə qanuna zidd hallar barədə məlumat ala bilərlər (meydan.tv)