Cəmil Həsənli bu gün Masallı seçicilərilə görüşür

Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənlinin seçicilərlə görüşləri davam edir. Hakimiyyət ciddi-cəhdlə Cəmil Həsənlinin görüşlərinə mane olmağa çalışsa da, seçicilər həvəslə Milli Şuranın vahid namizədini dinləməyə gəlir.
Cəmil Həsənli ölkənin hər yerində coşqu ilə qarşılanır. Milli Şuranın vahid namizədinin növbəti səfəri Masallıya olacaq. AXCP sədrinin müavini Gözəl Bayramlının “Azadlıq”a verdiyi məlumata görə, bu gün saat 2-də rayondakı stadionda seçicilər görüş-mitinq keçiriləcək. Gözəl Bayramlı Masallıda da görüşün uğurlu alınacağına əmin olduğunu bildirib.