Tədbirdə seçkiqabağı siyasi durumla bağlı Milli Şuranın aralıq hesabatı da açıqlanacaq
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli oktyabrın 7-də mətbuat konfransı keçirəcək. Bu barədə namizədin seçki qərargahından bildirilib. Saat 16.00-da Müsavat Partiyasının qərargahında keçiriləcək tədbir 09 oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat- təşviqat kampaniyasının yekunları və seçki günü öncəsi vəziyyətlə bağlıdır. Mətbuat konfransında həmçinin 9 oktyabr 2013-cü ildə keçriləcək Azərbaycan Respublikası prezident seçkiləri ilə bağlı seçkiqabağı siyasi durum və təşviqat kampaniyasının nəticələri barədə Demokratik Qüvvələrin Milli Şurasının aralıq hesabatı açıqlanacaq. (musavat.com)