Əlbəttə, ciddi səslənməsə də, debatlar zamanı bir sıra namizədlər əslən Qərbi Azərbaycandan olan vətəndaşlarımızın məhz onlara səs verəcəklərini iddia edirdilər. İş o yerə çatıb ki, hətta ən qeyri-ciddi namizəd də bu iddia ilə ortalığa atılmış kimi görünürdü. “Azərbaycan saatı” bu məsələ ilə bağlı bir material hazırlamışdı. Bu material Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin təşəbbüskarlarından və fəallarından, eyni zamanda bu kontingentin ən fəal üzvlərindən olan Yalçın Qəhrəmanoğlu ilə söhbət idi. Onunla Kiyevdə olan Qənimət Zahid söhbət etmişdi. Xatırladaq ki, Yalçın Qəhrəmanoğlu sabiq səhiyyə naziri Əli İnsanovun Müdafiə Komitəsinin ən fəal üzvlərindən biridir. Bəlli səbəblər üzündən, yəni Azərbaycan hökuməti tərəfindən Türkiyə televiziyalarının peyk vasitəsilə yayımının qarşısı kəsildiyindən həmin söhbəti “Azadlıq”ın oxucularına təqdim edirik.