Əli Kərimli müavininin bu addımından təəssüfləndiyini bildirir
AXCP sədrinin müavini, Demokratik Qüvvələrin Milli Şurasının Mitinq Komitəsinin sədri Asəf Quliyev hər iki qurumdan istefa verməsi barədə bəyanat yayıb və bunu “Milli Şuranın fəaliyyətində nöqsanlarla” izah edib.
AXCP sədri Əli Kərimli “BBC Azərbaycanca”ya məsələ ilə bağlı mövqeyini açıqlayıb. Onun sözlərinə görə, hələ də ümid edir ki, bu addım Asəf Quliyevin son qərarı olmaya bilər.
“Təbii ki, mən onun yanaşmasını bölüşmürəm və deyilənləri əsaslı hesab etmirəm. Hətta elə səhvlər olsaydı da, buna görə partiyadan və Milli Şuradan istefa verməyi doğru bilmirəm”, – deyə Əli Kərimli vurğulayıb. AXCP sədri növbəti istefalar gözləməsə də, istisna da etmədiyini deyib.