Cəmil Həsənlinin təbliğatçıları Sumqayıtda təqib olunur

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli oktyabrın 6-da Sumqayıtda seçicilərlə görüş keçirəcək. Hakimiyyət Cəmil Həsənlinin başqa yerlərdəki görüşlərinə olduğuu kimi, bu görüşə də əngəl yaratmaq istəyir. Buna görə də görüşün təşkilində fəallıq edənlər saxlanılıb.
AXCP-dən aldığımız məlumata görə, oktyabrın 4-də şəhərdə Cəmil Həsənlinin təşviqat bukletlərini paylayan AXCP Sumqayıt şöbəsinin Məclis üzvü Ülvi Quliyevin avtomobilini YPX əməkdaşları saxlayaraq heç bir əsas olmadan cərimə meydançasına aparıblar.
Cəmil Həsənlinin təşviqatı ilə məşğul olan AXCP Ali Məclisinin üzvü Elçin Həsənovu və partiyanın Sumqayıt təşkilatının 5 üzvünü də polis saxlayıb. Onlart 13-cü mikrorayon ərazisində saxlanılaraq 1 saylı polis bölməsinə aparılıblar.