Siyəzənin müxalif mövqeli gənc fəallarından Davud Xəlfəli dünən Bakıda kirayədə yaşadığı evdə həbs olunub. Polislər onun dizüstü bilgisyarını da götürüblər. Fəalın özünə isə Nərimanov məhkəməsi 15 sutka həbs cəzası verib. Onun saxlanması və həbs cəzası almasının səbəbləri hələlik bəlli deyil.
Məlumat azadliq.info-ya AXCP-dən daxil olub.
Başqa bir məlumata görə isə, Siyəzən rayonunda “Siyəzənin SƏSİ” facebook səhifəsinin adminləri izlənir və ailələri təzyiqə məruz qalır.
Siyəzəndə müxalif ovu
•