Büdcə mübahisələri Obamanı əsəbiləşdirib

ABŞ prezidenti defolt təhlükəsindən danışıb

 

ABŞ prezidenti Barak Obama dövlət orqanlarının maliyyələşdirilməsi məsələsi ilə bağlı respublikaçılarla anlaşa bilmədiyinə görə əsəbləşdiyini bəyan edib. Obamanın fikrincə, dövlət idarələrinin bir hissəsinin fəaliyyətini qismən dayandırmasının qarşını almaq mümkün idi.

Xəbərdə həmçinin Obamanın defolt təhlükəsi xəbərdarlığı etdiyi bildirilir. Qeyd edək ki, ABŞ hökuməti oktyabrın 1-dən qismən öz fəaliyyətini dayandırıb. Buna səbəb Konqresdə büdcə layihəsinin keçməməsi olub. Federal hökumətin 700 mindən çox işçisi ödənişsiz məzuniyyətə göndərilib. Bir çox dövlət xidməti, konkret olaraq pasport və vizaların verilməsi müvəqqəti dayandırılıb(APA).