Cümhuriyyət dövründə yaranan türk respublikaları

Bölgədəki gərgin vəziyyət

Məlum olduğu kimi, 1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti qurulan ərəfədə bölgədə vəziyyət çox gərgin idi. Belə mürəkkəb bir məqamda bölgədə Cənub-Qərbi Qafqaz Türk Respublikası yarandı. 1918-ci il mart ayının 11-də fəaliyyətə başlayan və bir ay davam edən Trabzon konfransında Mavəraye Qafqaz hökumətinin nümayəndə heyəti Brest-Litovsk müqaviləsinin Qafqaza aid olan maddələrinə etiraz etdi.

Osmanlı hökuməti isə Mavəraye Qafqaz hökumətinin nümayəndə heyətinin Brest-Litovsk müqaviləsinin Qafqaza aid maddələrinə etirazına münasibətini bildirdi. Qeyd edildi ki, əgər Cənubi Qafqaz hökuməti müstəqil dövlət kimi tanınmaq istəyirsə, ilk növbədə Rusiyadan ayrıldığını rəsmən bildirməli və öz istiqlaliyyətini elan etməlidir. Azərbaycan fraksiyasının etirazına baxmayaraq, erməni və gürcü fraksiyasının tələbi ilə aprelin 13-də Cənubi Qafqaz hökuməti Osmanlı ilə müharibə haqqında qərar qəbul etdi. Bununla da Trabzon konfransı öz fəaliyyətini dayandırdı. Cəmi 7 gün çəkən “müharibə”də erməni-gürcü hərbi birləşmələri geri oturduldu. 

Aprelin 22-də Cənubi Qafqaz müstəqil federativ respublika elan edildi. Lakin bu respublika cəmi 34 gün yaşadı.  “Vikipedia”nın yazdığına görə, Cənubi Qafqazın xeyli hissəsini işğal etmiş Almaniyanın təhriki ilə Gürcüstan 26 may 1918-ci ildə öz müstəqilliyini elən edərək bu qurumdan çıxdı. Borçalıya yerləşdirilən alman hərbi hissələri sözün əsl mənasında quldurluqla məşğul idilər.ÿQasımlıÿ kəndindən 65 pud taxıl müsadirə edən almanlar Sarvan kəndi əhalisinin hədələyərək onlardan 150 min qızıl rubl ödəməyi tələb etmişdilər. Belə gərgin bir şəraitdə ÿBorçalı türkləri “Qarapapaq xanlığı” yaratmaq qərarına gəlmişdilər. Onlar bu niyyətlərini həm Azərbaycan, həm də Osmanlı dövlətlərinə bildirdilər: “…Indi hətta bütün xırda xalqlar da özləri üçün müstəqillik tələb edirlər. Bu torpağın ilk sakinləri olan bizlərin sayca çox olması və digər amillər öz torpağımızın sahibi olmamıza haqq verir. Bununla bağlı biz Sultandan xahiş edirik ki, paytaxtı Tiflis olmaqla ”Qarapapaq” xanlığını ya öz himayəsinə qəbul etsin, ya da Tiflis də daxil olmaqla, bizi Azərbaycan tərkibinə qatsın”. Bu müraciət Borçalının həm sünni (Yusif əfəndi Allahyarzadə), həm şiə (Şeyx Məhəmməd Əli) qazıları, həm də Borçalı Xeyriyyə cəmiyyətinin sədri Qurbanəli əfəndi Xəlilzadə tərəfindən imzalanmışdı. Lakin təəssüf ki, nə Azərbaycan, nə də Osmanlı hökumətləri Borçalı Türklərinə elə bir ciddi dəstək vermədilər.

Cənub-Qərbi Qafqaz Türk Respublikası 

1918-ci il 30 oktyabrda imzalanmış Mudros barışığına görəÿI Dünya müharibəsində məğlub olan Osmanlı orduları bir ay ərzində bütün Qafqazdan çıxarılmalı idi. Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra noyabr ayının 17-də Antanta qoşunları Qafqaza daxil oldu. Belə bir şəraitdə həmin ayda Ahıska Müvəqqəti hökuməti, Borçalı-Qarapapaq Cümhuriyyəti və Araz Respublikası “Qars Islam Respublikası” tərkibində birləşmək qərarına gəldilər. 30 noyabr 1918-ci ildə Qarsda toplanan konqresə Ordubad, Naxçıvan, Ağbaba, Kəmərli, Sürməli, Sərdarabad, Borçalı və digər yerlərdən 60 nümayəndə gəldi. Borçalılı Emin ağa Acalov bu konqresdə Qars Islam Respublikasının Milli Məclisinin sədri seçildi. 1919-cu ilin yanvarından Qars Islam Respublikası Cənub-Qərbi Qafqaz Türk Respublikası adlandırılmağa başladı. 40 min kv.km sahəsi, 1800000 əhalisi (onun 1 milyon yarımını türklər təşkil edirdi) olan bu dövlətin tərkibinə Cənub-Qərbi Qafqaz ərazisi daxil idi.

Bütün Cənub-Qərbi Qafqaz Demokratik Respublikasının başında milli azlıqların – rusların, yunan və malakanların öz nümayəndələri daxil edilmiş Milli Şura dururdu. Müvəqqəti hökumət Milli Şura qarşısında məsuliyyət daşıyırdı. Martın 27-də parlament hökumətin – Nazirlər Şurasının yeni tərkibini təsdiq etdi. Nazirlər Şurasının sədri keçmiş zabitÿ Ibrahim bəy Cahangirovÿ təyin olundu. On nəfər nazir vəzifəsi tutdu: Həsən bəy Cahangirov, baş nazirin qardaşı, həmçinin keçmiş zabit hərbi nazir, Rza bəy, Kağızman sancağının sakini daxili işlər naziri, Fəxrəddin bəy, hüquqşünas xarici işlər naziri, ÿMəmməd bəy Sultanov ÿmaliyyə naziri,ÿ Əhməd bəy Hacıyev yollar naziri, Molla Velam, tacir – torpaq naziri ,ÿAbbasəli bəy Əlibəyovÿ ədliyyə naziri, Muğanlinski, həkim-himayə naziri, Andrianov – maarif naziri,ÿYusif Yusifovÿ- ərzaq naziri.

Araz Türk Respublikası

Araz Türk Respublikasıÿ1918-ci ilin 3 noyabrında yaranmışdır. Bundan bir qədər əvvəl erməni daşnaklarının silahlı dəstələri Naxçıvanda qırğınlar törətmişdilər. Belə bir vaxtda Bakı daşnakların və eserlərin əlində olduğu üçün Naxçıvan Milli Komitəsi Türkiyədən kömək istədi. Türkiyə Xəlil bəyin başçılığı ilə türk qoşunlarını Naxçıvanın köməyinə göndərdi. Paytaxtı Naxçıvan şəhəri olan bu respublikanın ərazisi 16.000 km 2ÿ-ə, əhalisi isə 1 milyon nəfərə yaxın idi. Hüdudları Naxçıvan, Şərur-Dərələyəz, Ordubad qəzalarını, habelə Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Meğri və başqa regionları əhatə edirdi.

Respublikanın idarəetməÿtərkibi belə idi: sədr – Əmir bəy Zamanbəyzadə, hərbi nazir-Ibrahim bəy Cahangirzadə, maliyyə naziri – Qəmərəli bəy Bənənyarlı, kənd təsərrüfatı naziri – Bağır bəy Rzazadə, ədliyyə naziri – Məmməd Bəyzadə, xarici işlər naziri – Həsən bəy Şərifzadə, şeyxülislam – Mirzə hüseyn Vaizi Irəvanlı və müfti – Xoca Əkid əfəndiÿ Respublikanın mərkəzi hökumət orqanı kimi hökumət yaradıldı. Onun tərkibinə əsasən Milli Şuranın üzvləri daxil oldular. Bundan başqa, Araz-Türk Respublikasının Parlamenti yaradıldı, lakin Parlament fəaliyyətini genişləndirə bilmədi.

Respublika ərazisində milis idarələri və onların sahə şöbələri yaradıldı. Burada əsas diqqət hərbi quruculuğa verilirdi. Bunun üçün də türk komandanlığı Xəlil bəyi respublika hökuməti yanında daimi hərbi müşavir təyin etmişdi. Bundan əlavə, türklər burada 300 əsgər və 5 zabit qoyub getmişdilər. Silahlı qüvvələrin tərkibində cəmiyyətin bütün təbəqələrindən, o cümlədən xanlar, bəylər, tacir uşaqları, kəndlilər xidmət edirdilər. 1919-cu il dekabrın əvvəlində respublikanın silahlı dəstələri bir neçə taborda birləşmişdilər. Baş Noraşen, Düdəngə və Zeyvədə yerləşən taborlara Fətulla Hüseynov, Şərurda, Sədərəkdə yerləşən digər taborlara Həsən Şahverdi oğlu komandanlıq edirdi.

Erməni genosidindən xilas olan qaçqınlar böyük bir axınla Ermənistandan Araz-Türk Respublikasına gəlirdilər. 1919-cu ilin yanvarında onların sayı 100 min nəfərə çatmışdı. Araz-Türk Respublikası hökumətinin məlumatına görə bütün bunların nəticəsində “burada əhalisi ancaq müsəlmanlardan ibarət olub sayı 500 min nəfərə çatan ərazi yaranmışdı”.

Naxçıvanda müstəqil respublikanın yaranması daşnak bölgələrinin möhkəm qəzəbləndirmişdi. 1918-ci ilin dekabrında Ermənistan Respublikası Araz-Türk Respublikasına qarşı geniş miqyaslı təcavüzə başladı və bunun nəticəsi olaraq Araz Türk Respublikası üç ay da yaşamadı. Amma bu qısa müddətdə yerli azərbaycanlıların düşmənə qarşı mübarizədə birləşməsində mühüm rol oynadı.ÿ

1919-cu ilin yanvarında Naxçıvan ingilislər tərəfindən işğal edildi. Bölgədə ingilis general-qubernatorluğu elan edildi və bununla da Araz Türk Respublikası süquta uğradı.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir