Azərbaycanlı tələbəni universitetdən qovublar

İranda azərbaycanlı xanım, Təbriz Azad İslam Universitetinin siyasi elmlər ixtisası üzrə tələbəsi Fatimə Nəsirpur milli zəmindəki fəaliyyətlərinə görə universitetdən qovulub.

“Media forum” saytının məlumatına görə, “Arman” tələbə qurumunun fəallarından olan Fatimə Nəsirpur bundan əvvəl Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Azərbaycan qadını” adlı özəl buraxılışı nəşr etdirib yaydığı üçün Mərənd İnqilab Məhkəməsinin hökmü ilə 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilmişdi.

Fatimə Nəsirpurun hansı səbəbə görə universitetdən qovulduğu və onun konkret nədə günahlandırıldığı bilinmir.