Füzulidə partlayış: 7 nəfər xəsarət aldı

Füzuli rayonu, 1-ci Qayıdış qəsəbəsində ümumi sahəsi 9 kv.m olan köməkçi tikilidə  qaz balonunda partlayış baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 7 nəfər xəsarət alıb. Yanğın hadisəsi olmayıb. Xəsarət alanlar yanğınsöndürənlər çatana kimi qohumlar tərəfindən  rayon xəstəxanasına aparılıblar. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.