Banklara borcların bağışlanmasının hansı yolları var?

Məhəmməd Talıblı: «Bu problemi pul-kredit siyasətindən daha effektiv istifadə etməklə həll etmək mümkündür»

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin ITV-də keçirilən debatlarda səsləndirdiyi fikirlər cəmiyyət tərəfindən müsbət qarşılanır. Xüsusilə hakimiyyətin korrupsiya əməllərinin ifşası və hakimiyyətə gələcəyi təqdirdə həyata keçirəcəyi islahatlarda diqqətdən kənarda qala bilməzdi.
Son debatda C.Həsənli dövlət başçısı seçiləcəyi təqdirdə 5000 min manata qədər aşağı kreditlərin dövlət hesabına bağışlanması istiqamətində addımlar atılacağını deyib. Milli Şuranın namizədi yüksək faizli kreditlərlə də addımlar atmağı düşündüklərini bildirdi.
Qeyd edək ki, Azərbaycanda əhalinin böyük qisminin banklara kredit borcları var və bu artıq ciddi problemə çevrilməkdədir. Bəs kreditlərin dövlət hesabına ödənilməsi üçün hansı tədbirlərin görülməsi vacibdir?
Iqtisadçı-ekspert Məhəmməd Talıblı banklara olan borcların bağışlanmasının yollarının olduğunu deyir. Bu yollardan biri ondan ibarətdir ki, vətəndaşların götürdüyü kredit dövlət vəsaiti hesabına kommersiya banklarına köçürülür. Bu problemi pul-kredit siyasətindən daha effektiv istifadə etməklə də həll etmək mümkündür. Eyni zamanda Mərkəzi Bank uçot dərəcələrini endirə bilər. Ancaq ilk növbədə nəzərə alınmalıdır ki, vətəndaşların banklardan asılı vəziyyətə düşməsinin səbəbi ölkədəki sosial-iqtisadi durumdur. Insanların banklardan asılı vəzyiyətə düşməməsi üçün sosial-iqtisadi durum yaxşılaşdırılmalıdır. Dövlət imkanlarından, büdcə və büdcədənkənar fondlarından istifadə edib kredit problemlərini vətəndaşların xeyrinə həll etmək mümkündür.

Fizzə