Bjezinski: «Bu şərtlə ki, radikal və zərbə vuracaq tövsiyələri dinləməyək»
“Iranla müzakirənin aparılması çətin, amma mümkündür”. Bunu ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Zbiqnev Bjezinski “CBS News” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, ABŞ digər ölkələrə olduğu kimi, Irana da etimad edə bilər: “Iran da böyük tarixə malik ölkədir”.
Z.Bjezinski nüvə silahlarının məhv edilməsi üzrə memorandumun imzalanması üçün vaxtilə ABŞ-la SSRI arasında aparılmış müzakirələrə də toxunub: “Biz iranlılarla da bu işi görə bilərik. Bu şərtlə ki, radikal və zərbə vuracaq tövsiyələri dinləməyək”.
Sabiq müşavir Iran prezidentinin ölkəyə qayıtdıqdan sonra bəzi etirazlarla qarşılanması və ona doğru ayaqqabı atılmasına məsələsinə də münasibət bildirib: “Iranın mürəkkəb ictimaiyyəti var. Biz bu ölkənin statistikalarına diqqət yetirdikdə, qadınların çox önəmli rolu olduğunu görürük. Biz bunu bilmirik. Çünki bu ölkəyə baxışımız çox ağ-qaradır”(APA).