“Azərbaycanın müstəqilliyi peşkəş edilir”

“İlham Əliyevin ruslarla bağladığı silah anlaşması ölkə üçün çox təhlükəlidir”

Polkovnik İsa Sadıqov «Azadlıq»ın suallarına cavab verir

Milli Şuranın yaradılması ərəfəsində siyasi təşkilatçılıq təşəbbüsləri ilə fəallaşan, amma hələ buna qədər də uzun müddət ərzində Əliyev rejiminin həqiqi mahiyyətinin cəmiyyətə göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyan məqalələrlə ölkə ictimaiyyətinin xüsusi diqqətini cəlb edən istefada olan polkovnik, müdafiə nazirinin sabiq müavini və hazırda Norveçdə mühacirət həyatı yaşayan Isa Sadıqov son zamanlar mətbuatda görünmür.
Bir müddət bundan əvvələ qədər Türkiyədə, Rusiyada, Ukraynada Azərbaycan mühacirəti ilə sıx təmaslar quran polkovnik Sadıqovun fəaliyyəti hakimiyyəti hədsiz narahat etməyə başladı və onun barəsində uydurma bir cinayət işi qaldırdılar. Bu, Isa Sadıqovun hərəkətini və fəaliyyətini məhdudlaşdırmaq üçün düşünülmüş addım idi. Amma cənab Sadıqov yaşadığı Norveçdən Azərbaycandakı hadisələri fəal şəkildə izləməkdədir. Mühacirət çevrəsində xüsusi nüfuz sahibi olan Isa Sadıqova Azərbaycandakı prezident seçkiləri və özəlliklə onun dəyərləndirə biləcəyi bəzi suallarla müraciət etdik.

– Isa bəy, məlum cinayət işi, şübhəsiz, sizin hərəkət imkanlarınızı məhdudlaşdırmaq üçün düşünülmüşdü. Bu sizin fəaliyyətinizə çoxmu təsir edir?
– Indi onsuz da, mənim Azərbaycana gəlmək və oradakı proseslərdə birbaşa iştirak etmək imkanım yoxdur. Amma açığı, Azərbaycana qonşu ölkələrdə mühacirətin imkanlarını birləşdirmək və bu imkanları seçkilər üçün səfərbərliyə almaq da ciddi bir iş idi. Çox təəssüf ki, indi bu imkanlarım da bir qədər məhduddur. Amma indi də bəzi fəaliyyət imkanları var ki, mən onlardan maksimum istifadə etməkdəyəm. Bizim günlərdə dünyanın istənilən yerində olan insanlarla təmas qurmaq, onları əlaqələndirmək üçün təşəbbüslər göstərmək, müzakirələr açmaq çətin deyil. Mən də bu imkanlardan yararlanıram və bacardığım qədər bu proseslərdə iştirak etməkdəyəm.

– Milli Şuranın prezidəntliyə namizədi Cəmil Həsənli seçki kampaniyasını çox uğurla başlayıb və cəmiyyətdə daha çox müzakirə olunan siyasətçi durumundadır. Sizcə, bu start onun qələbəsi üçün ciddi təminatlar yaradırmı?
– Açığı, mən Cəmil müəllimdən başqa cür start gözləmirdim də. Indi Azərbaycanda protest elektoratın bələ bir təmsilçi, belə bir namizədlə çıxış etməsi Cəmil Həsənlinin qələbəsi demək deyil. Profəssorun özü Azərbaycan xalqının qələbəsinin təminatı üçün ən ciddi faktorlardan biridir. Mən Cəmil müəllimin qətiyyətini, hadisələrə düzgün şəkildə yanaşmasını, Əliyevçi rejimi ən doğru və ən cəsarətli şəkildə ifşa etməsini alqışlayıram. Azərbaycan xalqı avtoritarizm üzərində tam qələbəyə layiqdir və cəmiyyət bütövlükdə bunu hiss etdiyi üçün məhz, Cəmil Həsənlini alqışlayır, onu müzakirə ədir. Bu, təbiidir. Amma cəmiyyət Cəmil Həsənlinin arxasında dayanmalı, öz haqq və hüquqları naminə yolun sonuna qədər onunla birlikdə olmalıdır.

– Isa bəy, Rusiya prezidenti Vladimir Putin Azərbaycana gəlib gətdikdən sonra bu səfər ətrafında çox maraqlı, eyni zamanda şübhəli söhbətlər dolaşmaqdadır. Elə dəhşətli şəylər danışırlar, bunlar iki ölkə arasında, iki dövlətin başçıları arasında münasibətlərin ən neqativ effəktini yaradır. Bu məsələ barəsində sizə nəsə məlumdurmu?
-Cəmiyyət şəffaf olmayan hadisələr barəsində istənilən müzakirələri açmaq, hətta istənilən kateqoriyalı şayiələri yaymaq haqqına sahibdir. Amma mənim yayılan şayiələrlə işim yoxdur. Mən Vladimir Putinin Azərbaycana səfəri ərəfəsində baş vərən və Azərbaycanın müstəqilliyini təhlükə altına salan aşkar faktlar barədə danışa bilərəm.
Yəni bu səfər əsnasında hərbi sferada bağlanan müqavilələrə və xüsusən də Azərbaycana dörd milyard həcmində silah idxalı haqqında bağlanan müqavilə üzərində dayanmaq istəyirəm. Əvvəla, bu müqavilələrə iki aspektdən baxmaq olar. Birincisi, bu, Rüstəm Ibrahimbəyovun Azərbaycana qayıdışını hər vasitə ilə əngəlləməyin qiyməti idi. Ikinci aspekt üzərində isə mən geniş dayanmaq istəyirəm. Uzun illər ərzində böyük Əliyev, sonra isə onun oğlu ağızları köpüklənə-köpüklənə bütün dünyaya qışqıraraq bizi inandırmağa cəhd edirlər ki, bəs bizim böyük məbləğdə hərbi büdcəmiz var, bəs biz çoxlu miqdarda hərbi texnika və sursat alırıq, bəs biz hazırıq ki… və s.
Noyabr 1990-cı il, Avropada adi silahların yərləşdirilməsi ilə bağlı Vyana danışıqlarına görə bu gün Azərbaycanın əldə edə biləcəyi müəyyənləşmiş silah kvotası var. Mən bir daha qeyd etmək istəyirəm. Söhbət adi silahlardan gədir. Bura taktiki və operativ-taktiki raketlər, nüvə silahı, strateji və digər xüsusi xərclərÿtələb edən silahlar daxil deyil. Bura yalnız və yalnız adi silahlar daxildir. Əgər kiçik Əliyevin idarəçilik illərini (axırıncı on il) götürsək, büdcə rəqəmləri və kiçik Əliyevin özünün təsdiqinə görə orduya təxminən 25-30 milyard dollar həcmində vəsait ayrılıb. Bu məbləğin üçdə bir hissəsi (8-10 milyard dollar) kifayət edir ki, bizim ordu həcmində bir neçə ordunu silahlandıra biləsən. Bunu mən tam məsuliyyətimlə dəyirəm. Əgər nəzərə alsaq ki, keçən 19 il ərzində bizdə heç bir hərbi əməliyyat kəçirilməyib, silahların məhv edilməsi və yararsızlaşdırılmasıÿ baş verməyib, heç bir silah sıradan çıxarılmayıb, hərbi istifadədən kənarlaşdırılmayıb, bəs onda bu silahlar hara gədir? Rusiya ilə bağlanan müqavilədə 4 milyarddan söhbət gədir. Bu nə 4 milyondur, nə də 400 milyon. Bu, 400 milyondan 10 dəfə böyük rəqəmdir. Əgər həmin müqaviləyə əsasən biz Rusiyadan ildə 400 milyonluq adi silah alsaq, həmin müqavilənin tam realizəsi üçün bizə 10 il vaxt lazımdır. Bu o dəməkdir ki, biz yaxın 10 ildə tam Rusiyanın və rus silahının asılılığında olacağıq. Bələ ki, bu, yalnız silah-sursat deyil, həm də təxniki personal, ehtiyat hissələr və digər məsələləri əhatə edir. Bələ olan halda, sual olunur. Bəs onda NATO standartlarına kəçid haqqında, Avropa Birliyinə yaxınlaşma haqqında vədlər harada qaldı? Dəməli, yaxın 10 ildə biz Rusiyadan silah tədarükünün asılılığındayıq və bu, hərbdə bir mərhələ hesab olunur. Biz bilirik ki,ÿhər bir mərhələdə köhnə silahlar dövriyyədən çıxarılaraq yenisilə əvəz edilir. Biz isə bu müddət ərzində asılılıqda davam edirik. Bəs onda bizim müstəqil siyasət yürütməyimiz, təhlükəsizliyimiz harda qaldı?
Mən mütəxəsislərə təklif edirəm ki, bizim yuxarıda qeyd olunan Vyana razılaşması ilə malik ola biləcəyimiz kvota üzrə adi silahları və onların qiymətini hesablasınlar və fərqi görsünlər. Siz görəcəksiniz ki, bütün bunlar yalandır və bir məqsədlə törədilmişdir: Xalqın varidatını oğurlamaq və onun vasitəsilə özünün hakimiyyətdə qalmasını satın almaq. Onlar hər şəydən istifadə edir, onlar hər şəyə hazırdır. Bələ ki, onlar Azərbaycanı özlərinin şəxsi mülkiyyəti həsab edir və xalqla həsablaşmadan Azərbaycanı istədikləri kimi xərcləyirlər.
Daha bir maraqlı fakt. Bir müddət əvvəl mətbuatda rejimin Cənubi Koreyadan 3 miyard dollar həcmində silah alma niyyəti haqqında informasiya dərc edilmişdi. Bu informasiya Rusiyadan silah tədarükülə bağlı müqavilə imzalandıqdan sonra ortaya atılmışdı. Maraqlıdır, bu ordu ölçüsüzdürmü? Siz bu qədər silahı hara yığacaqsınız?
Amma hər halda, bir məsələ aydındır ki, ordunu da korrupsiya təcrübələrinin predmətinə çevirməkdədirlər və bu, çox təhlükəlidir…

Azad Akifoğlu