Misirdən İrana qadağa

Qahirə təhlükəsizlik baxımından Tehranla turizm sahəsində əməkdaşlığı dayandırıb. Bu haqda Misirin turizim naziri Hişam Zaazu bildirib. «Yaranmış vəziyyət üzündən biz İrandan turistləri qəbul edə bilmirik. Nazirlər kabinetindən uyğun göstəriş alanadək məsələ dondurulmuş halda saxlanılacaq»-deyə, nazir bəyan edib. Turizm naziri vurğulayıb ki, bu qərar təhlükəsizlik baxımından qəbul olunub. (lent.az)