Hüquq müdafiəçisi Oqtay Gülalıyev oğlunun döyülməsinə görə açılmış cinayət işində irəliləyiş olmadığını deyir.
11-ci sinif şagirdi Əli Gülalıyev sentyabrın 23-də Bakıda, ailənin yaşadığı NZS qəsəbəsində döyülüb və xəsarət alıb. Olayı Bakı Şəhər Baş Polis İdarəsi araşdırır.
Oktyabrın 1-də “Media forum”a danışan Oqtay Gülalıyev deyib ki, yaşadıqları ərazidə xeyli insan istintaqa cəlb edilərək dindirilib: “Amma nəticəsi və işin gedişi haqqında mənə heç bir məlumat verilmir. Əlinin səhhəti yaxşı deyil. Dərsə gedə, rahat hərəkət edə bilmir”.
Bakı Şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Arif “Media forum”a bunları deyib: “Cinayət işi üzrə araşdırmalar davam edir. Hələlik heç kim saxlanmayıb”.