Hacıbaba Əzimov “İstiqlalçı deputatlar adından İlham Əliyevə dəstək bəyanatının verilməsi saxtakarlıqdır”
Bu günlərdə bir çox saytlarda İstiqlalçı deputatların İlham Əliyevə dəstək bəyanatı yayıldı. Bəyantda qeyd edilir ki, Azərbaycanın “Müstəqillik aktı” sənədini imzalayan keçmiş deputatlar İlham Əliyevi dəstəkləyir və İlham Əliyevə alternativ görmürlər. Guya bu sənəd Milli Məclisin 1990-1995-ci illərdəki üzvlərinin Daimi Yığıncağında qəbul edilib.
Maraqlı burasıdır ki, bəyanatı yayanların və imzalayanların heç birinin adı qeyd olunan sənəddə yazılmayıb.digər tərəfdən İstiqlaçı deputatların bir qismi Milli Şurada təmsil olunur və Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin vəkili təyin ediliblər. Bunlardan Arif Hacılı, Hacıbaba Əzimov, Məryəm Həsənzadə, İsa Qəmbər, Sülhəddin Əkbər, Mirmahmud Fəttayev,İbrahim İbrahimli və digərlərinin adın çəkmək olar.
Adı çəkliən bəyanatla bağlı istiqlalçı deputat, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba Əzimovun da fikirlərini öyrəndik.Hacıbaba Əzimov bildirdi ki, İstiqlalçı deputatlar adından belə bir sənədin yayılması saxtakarlıqdır və bəzi adamların hakimiyyətə yarınmaq cəhdidir: “ Mən bu bəyanatla tanış olmuşam və İstiqlalçı Deputatlar Məclisi bununla bağlı öz mövqeyini bildirəcək. Əvvəla bu bəyənatda çox ciddi siyasi və hüquqi səhvlər var. Birinicisi, “müstəqillik aktını imzalyan” ifadəsi işlədilir ki, bu yanlışdır. Çünki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını, bu tarixi sənədi hazırlayan komissiyanın sədri və məruzəçisi mən olmuşam və onu layihə kimi mən, qəbul olunandan sonra isə Prezident A.Mütəllibov imzalayıb. Başqa hər hansı bir deputatın həmin sənəddə imzası olmayıb. Həmin Aktda olan müddəaların çoxunu da verilən təkliflər əsasında mən yazmışam. Əgər tədqiqat aparılsa aydın olar ki, haqqında bəhs edilən sənədi yayan adamlar müstəqilliyin əleyhinə səs vermiş adamlardı. 1991-ci ildə Ali sovetdə SSRİ-nin saxlanılması ilə bağlı referendum keçirilməsi müzakirə olunanda cəmi 43 deputat bunun əleyhinə, yəni Azərbaycanın müstəqilliyinə səs verdi, qalanları isə SSRİ-nin saxlanmasının leyhinə səs verdi. Bu sənədi yayan adamlar da həmin dövrdə partiya, sovet orqanlarında müxtəlif rəhbər vəzifələrdə işləmiş şəxslərdir. İndi də bu adamlar görünür ki, hakimiyyətə yarınıb, nəsə qoparmaq istəyirlər. Çünki, bilirlər ki, bu ölkədə yaltaqlıq edənlərə, saxta bəyanatlarla çıxış edənlərə ənamlar verilir, müəyyən şərait yaradılır”.
Prof.Hacıbaba Əzimov yayılan sənədin məzmununda da ciddi səhvlər olduğunu bildirdi: “ Bu sənəddə “Azərbaycan Milli Məcləsinin 1990-95-ci illərdəki üzvlərinin daimi yığıncağı” ifadəsi var. Əslində 1990-cı ildə nə Milli Məclis, nə də Ali Sovetfəaliyyət göstərməyib. Ali Sovet öz fəaliyyətinə 1991-ci il fevralayının 5-də başlayıb. Ali sovet cəmi 10 ay fəaliyyət göstərdi. Sonra Milli Məclis yaradıldı və Milli Məclisin tərkibi 50 nəfərdən ibarət oldu. Bu sənədi yayanlar arasında ilk Milli Məclisin üzvü olan deputatların olmasına inanmıram. Çünki, Ali Sovetin qəbul etdiyi Konstitusiya Qanunu ilə Milli Məclisə seçilməyən deputatlar Milli Məclisdə məşvərətçi səslə iştirak edə bilərdilər,amma səs verə bilməzdilər. Bu bəyanatda “Milli Məclisin DaimiYığıncağı” ifadəsi işlədilir. Bu tamamilə gülməli bir ifadədir və hüquqi baxımdan da həmin adamların savadsızlığını göstərir. Bir sözlə İstiqlalçı deputatlar 43 nəfərdi və onların kim olduğunu da hamı bilir. Həmin İstiqlalçı deputatların ən tanınmışları da professor Cəmil Həsənlinin vəkilidir”
Ilham