Sentyabrın 30-da Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü Dəyanət Babayevin işi üzrə hökmün açıqlanması oktyabrın 11-nə keçirilib.
Dəyanət Babayev Amerikanın Səsinə bildirib ki, hakim bunu vəkilin gəlməməsi ilə əlaqələndirib.
Hakim deyib ki, vəkilin iştirakı olmadan hökmün çıxarılması müttəhimin hüquqlarının pozulmasıdır.
Bundan əvvəl prokuror fəalın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Xatırladaq ki, D.Babayev 221.2-ci maddə (xuliqanlıq bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunur.