Bu gün saat 15:00-da Balakən rayonunda İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçiriləcək. Yerli mənbələrdən aldığımız məlumata görə, rayondakı bütün məktəblər bağlanıb, müəllim və tələbə heyəti YAP-ın görüşünə yönləndirilib. Hələ 1 gün öncədən şagirdlərin və müəllimlərin adları siyahıya alınıb, YAP-ın tədbirində iştirak etməyənlərin cəzalandırılacağı bildirilib.
Milli Şuranın mitinqinə 18 yaşı tamam olmayanların buraxılmadığı halda, YAP-ın görüş-mitinqində bütün yaş qruplarının iştirak edə biləcəyi elan edilib. Bu hal bir daha sübut edir ki, hakim partiya yalnız şantaj yolu ilə, inzibati resurslar hesabına görüş keçirə bilir.
azadliq.az