1917-ci ildə Rusiyada inqilab məhz alman maliyyəsi hesabına baş tutub
Almaniyanın “Der Spiegel” nəşri 1917-ci ildə Rusiyada inqilabın məhz alman maliyyəsi hesabına baş tutmasından bəhs edən məqalə dərc edib. Nəşrin iddiasına görə, 1917-ci ilin sonlarına qədər Berlin bolşeviklərə ən azı 75 milyon avro (hazırkı məzənnə ilə) pul xərcləyib.
Birinci Dünya Müharibəsi zamanı alman bankir Henrix Bokelman gizli diplomatik missiyanı yerinə yetirib. O, Rusiya qəzetlərini ələ alaraq onları çara qarşı yönəldirdi. Bankir hətta V.Leninin yaxın ətrafına da yol tapıb.
Bokelman əslində kim olub? Almaniya kayzeri II Vilhelmin dövrünə aid Xarici Işlər Nazirliyinin arxiv materiallarına əsasən, o, V.Leninin yaxın ətrafı ilə əlaqələr yaradan gizli diplomat kimi fəaliyyət göstərib. 1892-ci ildə Moskvaya köçən Bokelman sadə stajor Cunker-Bank-ın payçısına çevrilir. Indiyə qədər Moskvada Bokelman ailəsinə məxsus dəbdəbəli malikanəsi qalmaqdadır.
Sibirə sürgün
Birinci Dünya Müharibəsi başlayanda bir çox digər almanlar kimi Bokelman da Sibirə sürgün edildi. Çünki Ikinci reyx və rus çarı fərqli istiqamətlərdə döyüşürdü. Moskvaya icazəli səfərini o qaçış imkanı üçün istifadə edir. 1915-ci ildə bankir neytral Stokholma gedir. Qısa müddətdən sonra ordakı alman diplomatik missiyası ilə tanışlıq qurur. Bokelman çar sarayındakı çoxsaylı qruplardan birinə yaxın idi. Onların hesabına “informasiya şəbəkəsi” genişlənir. Almaniya XIN-i bütün xərcləri öz üzərinə götürür.
Bokelman gah tətil edən mədən fəhlələrindən, gah da ölkədəki daxili siyasi situasiyadan məlumatlar verir. Dəfələrlə Almaniya XIN-in katibi ilə görüşür.
Almaniya tərəfi üçün münbit şəraitin yaradılması
O zaman Berlində belə “Rusiya bilicilərinə” ehtiyac var idi. Almaniya kayzeri II Vilhelmin Qərbdə ildırımsürətli müharibə hesabına Fransa və Rusiyaya qarşı iki cəbhədə müharibədən qaçmaq planı çoxdandı darmadağın olmuşdu. Belə ki, II Vilhelm Rusiya çarı II Nikolayla alman tərəfi üçün sərfəli sülh müqaviləsinə üstünlük verir. Ancaq Rusiyada almanlara nifrət kifayət qədər güclü idi. Moskvada sahiblərinin soyadı alman adına oxşar bütün mağaza və evlər qarət edilirdi. Ona görə də Bokelman Rusiyada təbliğat fəaliyyətini həyata keçirmək üçün qəzetlərin ələ alınmasının tərəfdarı kimi çıxış edirdi.
1916-cı ildə rusiyalı jurnalist Y.Kolışko və Dumanın keçmiş üzvü knyaz D.Bebutov öz yardımını təklif edir, Bokelman isə Almaniyada məşhur sənayeçinin oğlu olan Q.Stinneslə razılıq əldə edir. Daha sonra Rusiyada Bokelmanın etibar etdiyi adam Rusiyanın qəzet nəşrlərini ələ almalı idi.
Çar devrilir
Q.Stinnes iki miylon rubl vəd edir. Bokelman etibarlı şəxs, Y.Kolışko jurnalist qismində çıxış edir, D.Bebutov isə planlaşdırılmış iş üçün “münasib sərfəli mühit” yaratmalı idi. Stinnes Almaniya XIN-i almanların arzularının nəzərə alınacağına əmin edir. Bir müddət sonra plan dəyişir. Çünki 1916-cı ilin noyabrında Stokholmda alman nümayəndə “bank rəhbəri olan” Bokelmanın hesabına 1,25 mln marka yerləşdirir.
Doğrudur, bir müddət sonra Bokkelman və Stinnesin arası dəyir. Bir neçə həftə sonra Fevral inqilabı zamanı çarın idarəçiliyi sona çatır. Sonralar Bokelman yazırdı ki, “ümumi mənzərənin və fəaliyyətdə olan əsas şəxslərin dəyişməsi səbəbindən o, müəyyən niyyətlər üçün faydalı olmaq iqtidarında olmayan müəssisələrə pul qoymaqdan imtina edib”. Beləliklə, pullar hesabda qalır.
Ədliyyə naziri ilə əlaqə
Öz məlumatçısına baxmayaraq Bokelman hadisələrin belə inkişafından heyrətə gəlir. Fevral inqilabından sonra bankir Almaniyaya XIN-ə çatdırır ki, “o, yaxın gələcəkdə Rusiyanın daxili siyasətində dəyişikliklərin baş verəcəyinə inanmır”. Bu narazılıq yüksək həddinə çatanda bankir bildirir ki, “baş verənlərə böyük əhəmiyyət verməyə dəyməz”. Əvvəl Bokelman Leninin partiyasında (Bolşeviklər partiyası) görünməyə başlayır, çünki bankir öz məruzələrində heç vaxt Leninin partiyasına üzv olmayan şəxsləri əsas yerlərə “təyin” edir. Ancaq 1917-ci ilin aprel ayında V.Lenin Isveçrə mühacirətindən Petroqrada qayıdandan sonra Stokholma gəlir. O zaman Lenin “nəyin bahasına olur olsun sülh” barədə çıxış edir (Almaniya tərəfi gizlin şəkildə onu dəstəkləyir). Bokelman bu qrupa yol tapa bilir. Leninin gələcəkdə ədliyyə naziri olan Isaak Şteynberq onun əlaqəli şəxsi olur.
“Lenin qrupu” fəal işə başlayır
Marksist kapitalist Bokelmana sənəd və məlumatlar ötürür. Bokelmanın 1917-ci ilin aprelində Almaniya XIN-ə verdiyi məlumatda deyilir ki, “rus Fəhlə partiyasının rəhbərliyi ilə söhbətlər başa çatıb”. Məhz həmin dövrdə Lenin Petroqrada gəlir. Bokelman: “həmin adamlar sülh barədə ilkin müzakirələrin (Almaniya ilə Rusiya arasında) mümkün qədər tez baş verməsi üçün fəallıq göstərəcək, bu barədə də teleqrafla yerlərdəki etibarlı şəxslərə məlumat verilməlidir. Bu arada göndərilən teleqramda deyilir ki, ”Lenin qrupu” fəal şəkildə öz işi ilə məşğuldur”. Bokelman XIN-ə bolşeviklərə və “sülh tərəfdarı kimi çıxış edən digər partiyalara” yardım etməyi təklif edir.
Bokelmanın nəvəsi, müsiqiçi U.Yurgens “Faqotlu insan” avtobioqrafik əsərində babasında bəhs edir. Bank direktorunda nəvəsinə sülhə məhəbbət keçib. Doğrudur, bunun üçün mənasız səbəb önə çəkilirdi. Bəzi məlumatlara görə, Bokelman müharibəyə qədər topladığı əmlakını “agentlərinin” köməkliyilə itkisiz çıxara bilir. Bu fakt 1917-ci ilin payızında o Rügen adasında həbs olunanda (əlində 875 min publ olan çemodanla) ortalığa çıxır. Bokerman valyuta əməliyyatları ilə bağlı qaydaları pozmuşdu.
Fizzə