Oktyabrın 6-da Milli Şuranın final mitinqi olacaq

Asəf Quliyev: «Bu mitinq təşviqat kampaniyasının son mitinqi olacaq və əvvəlki mitinqlərdən fərqlənəcək»

Milli Şura sentyabrın 28-də növbəti mitinqini keçirdi. Budəfəki mitinq də izdihamlı alındı və xalq növbəti dəfə Cəmil Həsənlinin yanında olduğunu ifadə etdi.
Milli Şura seçkilərə qədər olan dövrün sonuncu mitinqini sentyabrın 6-na təyin edib. Bu mitinqi Milli Şuranın final mitinqi də adlandırmaq olar. Milli Şura üzvləri sonuncu mitinqin daha kütləvi, daha effektli olacağı qənaətindədilər.
Milli Şuranın mitinq komitəsinin sədri Asəf Quliyev hesab edir ki, oktyabrın 6-da keçiriləcək mitinq əvvəlki mitinqlərdən müsbət mənada fərqlənəcək və bu mitinq seçki kompaniyasının yükunu olacaq: “Bundan əvvəlki mitinqlər də kütləvilik baxımından müsbət idi və bizim proqnozlarımızı doğrultdu. Oktyabrın 6-da təyin etdiyimiz mitinqə qədər, rayonlarda Cəmil Həsənlinin açıq və qapalı məkanlarda seçicilərlə görüşü olacaq. 6 oktyabr isə təşviqat kampaniyasının final mitinqi olacaq və bu mitinqdə Cəmil Həsənli öz vədlərini, platformasını daha geniş formada xalqa çatdıracaq və xalqa son çağırışını edəcək. Artıq sonuncu mitinqlə bağlı işlərin görülməsinə start verilib və bu mitinqin daha maraqlı keçməsi üçün təkliflər müzakirə olunur”.
Ilham Hüseyn