QOÇ
Bu gün həm romantik, həm də fiziki baxımdan özünüzü güclü hiss edəcəksiniz. Başınız bir az qarışıq olacaq. Dostlarınız və yaxınlarınızın problemləriylə maraqlanarkən əsassız müzakirələrə girişməyin. Sevgilinizlə aranızdakı əlaqələr isti olacaq.
BUĞA
Sevdiyiniz şəxslə birlikdə səyahətə çıxa bilər. Eyni zamanda əvvəldən aldığınız dəvətlərə birlikdə qatıla bilərsiniz. Əyləncəli bir gün keçirəcəksiniz. Yaşlı yaxınlarınızın problemləriylə maraqlanacaqsınız.
ƏKIZLƏR
Duyğularınızın hərəkətə keçdiyi bir gündür. Aldığınız bir xəbər sizi həyəcanlandıracaq. Hisslərinizi və davranışlarınızı nəzarət altına almanız çox çətin olacaq. Sevdiyinizə qarşı bir az daha anlayışlı və sakit davranmağa çalışın.
XƏRÇƏNG
Dostlarınız və yoldaşlarınızı evinizə dəvət edə bilər, əyləncəli vaxt keçirəcəksiniz. Başınızdakı proyektləri açıqlamaq üçün tələsməyin və əlaqəsi olmayan kəslərə izah etməkdən uzaq durun. Başınız qarışıq olsa belə gələcəyə müsbət baxışla baxacaqsınız.
ŞIR
Bu gün özünüzü yaxşı hiss edəcəksiniz. Daha sakit bir gün olacaq. Son zamanlar üzərinizdə hiss etdiyiniz bəzi təzyiqlər getdikcə azalacaq. Dostlarınız və sevgilinizlə xoş gün keçirəcəksiniz.
QIZ
Bu gün narahatlıq keçirəcəyiniz istisna deyil. Olanları yenidən nəzərdən keçirmək istəyəcəksiniz. Uzaqlarda olan sevdiyiniz şəxsdən alacağınız xəbər duyğularınızı hərəkətə keçirəcək. Sakit olun, çünki bu vəziyyət uzun sürməyəcək.
TƏRƏZI
Özünüzü son dərəcə xoş və şən hiss edəcəyiniz bir gündür. Sevdiyinizlə birlikdə qısa səfərlərə, tətilə çıxa bilər, əyləncəli vaxt keçirə bilərsiniz. Birlikdə qərar verə bilərsiniz.
ƏQRƏB
Bu gün rahat və sakit bir gündür. Yaxınlarınızla xəbərləşəcəksiniz. Gələcəyə bağlı istəkləriniz üzərində düşünə bilər, həyaınızda bəzi dəyişikliklər edə bilərsiniz. Vəziyyətə uyğunlaşacağınız mümkündür.
OXATAN
Bu gün çölə çıxıb yoldaşlarınızla görüşə bilər, yaxud da ev işləriylə məşğul ola bilərsiniz. Təbii bu vaxt zehninizi məşğul edən mövzuları da həll edəcəksiniz. Düşdüyünüzz durumu gözdən keçirə bilər.
OĞLAQ
Yaxınlarınızdan alacağınız bir xəbər üzündən bir az narahatlıq keçirəcəksiniz. Ancaq bunların üzərində dayanmayacaq və özünüzü rahat hiss edəcəksiniz. Sevdiyiniz şəxslə birlikdə dostunuzun dəvətinə gedə bilər, şən vaxt keçirə bilərsiniz.
DOLÇA
Uzaqlarda olan bir yaxınınızla görüşəcək və bu vəziyyət sizi çox sevindirəcək. Həm duyğularınız, həm də istəkləriniz güclü olan gündür. Mənəvi baxımdan özünüzü son dərəcə yaxşı hiss edəcəksiniz. Yeni bir eşq macərasına atıla bilər, ideal yara rast gələ bilərsiniz.
BALIQLAR
Bu gün hissləriniz nəzarətdən çıxacaq. Duyğularınızı müsbət istiqamətə çevirməyə cəhd göstərməlisiniz. Eidəcəyiniz bəzi xəbərlərdən çox təsirlənə bilərsiniz. Pul xərcləmələrinizə diqqət yetirin.