Cəmil Həsənli “Reuters” və “Yeni Şafak”a müsahibə verib

Milli Şuranın namizədi professor Cəmil Həsənliyə beynəlxalq mətbuatın marağı artmaqdadır. Sentyabrın 27-də dünyanın ən böyük media qruplarından olan “Reuters” agentliyi Cəmil Həsənlidən müsahibə alıb, onun həm beynəlxalq, həm də yerli miqyaslı məsələlərə münasibətini öyrənib.

Eyni gündə Cəmil Həsənli yerli mətbuatla bərabər, Türkiyənin “Yeni Şafak” qəzetinin suallarını da cavablandırıb.