Oqtay Gülalıyev Bakı polisinə çağırılıb

Hüquq müdafiəçisi Oqtay Gülalıyev bu gün Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

Gülalıyevin Turan-a verdiyi məlumata görə, BPİ-də o, oğlu Əliyə hücum – onun döyülməsi və bıçaq xəsarətləri alması hadisəsini müzakirə etmək üçün idarənin rəis müavini Elxan Həsənovla görüşüb.

Oqtay Gülalıyev işə Xətai rayon polis bölməsində baxılmasına etiraz edir.

Xatırladaq ki, sentyabrın 24-də 16 yaşlı Əli Gülalıyev dörd naməlum şəxsin hücumuna məruz qalıb, onu döyüblər, daha sonra bıçaq xəsarəti yetiriblər. Dünən bir neçə polis Gülalıyevin evinə gələrək, yalan ifadə verməyi tələb ediblər. -16D04-