Ötən gün Türkiyənin ATV kanalında yayımlanan, Azərbaycan tamaşaçıları arasında da populyar olan “Kurtlar Vadisi Pusu” serialda Azərbaycan mövzusuna toxunulub. Serialın 198-ci bölümündə Azərbaycanla bağlı fikirlər səsləndirilib.
“Kurtlar Vadisi”nin baş qəhrəmanı Polad Alemdar Azərbaycanın Rusiyanın təhdidi altında olmasına toxunarkən deyir: “Azərbaycanı nə azərbaycanlılar kiməsə yedirər, nə də biz buna izn verərik. Bunun üçün gəerəkən hər riski alarıq. Bizim qlobal güc olmağımız üçün milli güc ünsürlərimizi və qaynaqlarımızı birləşdirməyimiz lazımdır”.