AXCP Gənclər Komitəsinin üzvü Dəyanət Babayev həbs oluna bilər. Bu haqda Avropa.info-ya Dəyanət Babayevin özü məlumat verib. D.Babayevin dediyinə görə, dünən ona Nəsimi rayon məhkəməsindən bildiriş göndərmədən təcili olaraq bu gün məhkəməyə getməsi haqqında zəng gəlib. “Artıq məhkəmə prosesi neçə vaxtdır ki uzanır. Mənə zəng edib təcili məhkəməyə gəlməyimi tələb etdilər. Amma heç bir bildiriş göndərməyiblər. Aldığım məlumatlara görə, bu işi bağlamaq üçün məni həbs edə bilərlər. İşdə adı “zərərçəkmiş” kimi qeyd olunan Tofiq Səlimov da məhkəməyə gəlmir. Proses isə beləcə uzanıb gedir.” deyə D.Babayev bildirib.
Xatırladaq ki , Dəyanət Babayev ötən il noyabrın 7-də vətəndaş Səlimov Tofiq Fuad oğluna fiziki təzyiq göstərməkdə ittiham olunur. Bir müddət əvvəl zərərçəkmişin Rusiyaya qaçdığı barədə xəbərlər yayılıb.