Ölkə başçısı İlham Əliyevin səfəri zamanı açılışını etdiyi, Sabirabad şəhərindəki yeni tikilmiş Sabir adına 1 saylı məktəb suya qərq olub. Bu barədə rayondakı mənbə məlumat verib. Mənbənin dediyinə görə, iki gün yağan yağış məktəbin nə qədər keyfiyyətsiz tikilməsi faktını üzə çıxarıb. Məktəbin idman zalını tam şəkildə, sinif otaqları isə qismən su basıb. Məktəbin həyətinə isə ümumiyyətlə girmək mümkünsüz olub. Məktəbin belə acınacaqlı vəziyyətə düşməsinin səbəbi isə kanalizasiya xəttinin olmamasıdır.
Məktəbin direktoru yaşı 70-ə çatmış Qəzənfər müəllim sabiq təhsil naziri Misir Mərdanovun tələbə yoldaşıdır.