Hökumətin missionerləri Cəmil Həsənli ilə görüşdü

Avropadan seçki müşahidəçisi kimi gələnlər hakimiyyətin dəstəkçiləridir

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli bu gün European Strategic İntelligence and Security Center təşkilatının prezidenti Klaude Muniqedlə görüşüb. Görüşdə seçkiöncəsi vəziyyət, seçki müşahidəsi ilə bağlı məsələlər müzakirə olunub.

Onu da qeyd edək ki, araşdırmalar nəticəsində məlum oldu ki, hakimiyyətə yaxınlığı ilə seçilən European Strategic İntelligence and Security Center təşkilatı bu yaxınlarda iqtidarın siyasətini tərifləyən hesabatla çıxış edib.

Maraqlıdır ki, C.Həsənli ilə görüşdə Klaude Muniqed verdiyi suallarla hakimiyyətlə ciddi əlaqədə olduğunu biruzə verməkdən çəkinməyib. Söhbət əsnasında bəlli olub ki, ATƏT-in müşahidə missiyasının aralıq hesabatına qarşı bu tipli təşkilatların köməyi ilə iş aparılması nəzərdə tutulub. Onu da qeyd edək ki, sözügedən təşkilatın ATƏT-in müşahidə missiyasına heç bir aidiyyatı yoxdur. European Strategic İntelligence and Security Center hökumətin xətti ilə seçkiləri müşahidə edəcək təşkilat kimi qeydiyyatdan keçib.

Hikmət