Sumqayıtda AXCP üzvü saxlanıldı

Bu dəqiqələrdə Sumqayıtda  AXCP  Gənclər Komitəsinin üzvü  Məsməli  Qasımzadə  saxlanılıb.Bu haqda Avropa.info-ya  AXCP Ali Məclisinin üzvü Elçin Həsənov məlumat verib. Onun dediyinə görə, Məsməli Qasımzadə mülki geyimlilər  tərəfindən  yaşadığı mənzildə saxlanılıb. E. Həsənov AXCP üzvünün  Sumqayıt  şəhər 4 cü polis bölməsinə aparıldığını deyib.