Sumqayıt IH başçısında «humanistlik»
KXCP Sumqayıt şəhər şöbəsinin sədri Şakir Məmmədovdan aldığımız məlumata görə, Sumqayıt IH başçısının göstərişinə əsasən qərargahın qarşısında qızğın abadlıq işləri aparılır. Şakir bəyin bildirdiyinə görə, şəhərin mərkəzində yerləşən qərargahın qarşısındakı səki, yaşıllıqlar və ağaclar baxımsız vəziyyətdə olub. Qərargahın orada yerləşməsi səbəbindən sanki səki və yaşıllıqlar, şəhər rəhəbərliyinin qəzəbinə tuş gəlmişdi. Ancaq vəziyyət dəyişib…
Xatırladaq ki, Milli Şuranın namizədi Cəmil Həsənlinin Sumqayıt qərargahı, KXCP-nin qərargahında fəaliyyət göstərir. KXCP, AXCP, Müsavat şəhər təşkilatlarının şöbələri burada monolit bir təşkilat kimi formalaşaraq seçki qərargahı yaradıb fəaliyyət göstərirlər. Bir gün öncə ərazidən keçən Sumqayıt IH başçısı qərargahın qarşısında çoxsaylı cəbhəçiləri görərək xidməti maşınını saxlatdıraraq maraqlanır. Ərazinin bərbad olduğu diqqətini cəlb edir. Qərargaha xarici qonaqların gələcəyindən ehtiyatlanaraq özünə məxsus təmir briqadasına ətraf ərazini sahmana salmalarını tapşırır. Dünən gün ərzində çoxsaylı fəhlələrin köməyi ilə abadlıq işləri başa çatdırılmışdır. Bu, birbaşa E.Əzizovun Milli Şuraya olan “isti” münasibəti kimi yozulmalıdır.
Bunun nəyi pisdir?