Tədricən Rusiyanın sərt idarə olunan demokratiyasına nəfəs verilir. Bunu Rusiyadakı vəziyyəti şərh edən Financial Times nəşri yazır.
Məqalə müəllifinin sözlərinə görə , Kremlin bəyəndiyi partiyaların sırasına daxil olmayan müxalifət partiyalarının üzvlərinə yerli seçkilərdə iştirak, hətta qalib gəlməyə imkan verirlər. Görünür Kreml əsas qaydaları tətbiq etməklə müxalifətə yeni yanaşma müəyyən edir.
Məqalədə qeyd olunur ki, sentyabrın 8-də keçirilən bələdiyyə və regional seçkilər bu mənada nümunə ola bilər. Siyasi fəallığın aşağı olduğu bəzi regionlarda seçkilərdə əhəmiyyətli manipulyasiyalar həyata keçirilib.
Ancaq Yekaterinburq və Moskva kimi təcrübəli siyasi elektrotanı olduğu şəhərlərdə rejim seçkilərin ədalətli və şəffaf olmasına zəmanət verməyə çalışıb. Müəllif xüsusilə Aleksey Navalninın Moskvada 27% səs toplamasını və Yekaterinburqda Yevgeni Royzmanın qalib gəlməsini göstərib. Royzman son illərdə ilk dəfə olaraq milyonçu-şəhərin sistemdən kənar müxalifətdən olan rəhbəri seçilib. Ancaq onun vəzifəsi «rəhbər» adlandırılsa da, əslində şəhər Dumasının sədri vəzifəsini yerinə yetirir, orada isə rela hakimiyyətin başçısı olan «administrasiya rəhbərini» təyin edən «Vahid Rusiya» dominantlıq edir.
Məqalə müəllifi Prezident Administrasiyası rəhbərinin birinci müüavini Volodindən sitat gətirərək gələcəkdə də müxalifət nümayəndələrinə yerli və bələdiyyə seçkilərində iştiraka icazə veriləcəyini deyir. Bununla belə qubernator vəzifələri sərt nəzarət altında olacaq. Volodin bununla faktiki olaraq Novosibirsk meri vəzifəsinə namizədliyini irəli sürmüş İlya Ponomorova xeyir-jua vermiş oldu.
Müəllif qeyd edir ki, yeni sistemi iki sınaq gözləyir – Navalnının həbs edilib-edilməyəcəyi və gələn il Moskva dumasına keçiriləcək seçkilər. Müxalifətin səfərbər olunaraq effektiv seçkiqabağı kampaniya keçirə biləcəyini, zəifləyən siyasi qadağalardan istifadə edə biləcəyəni zaman göstərəcək.
azadlıq.info