Pakistanın cənub-qərbində 7.8 bal gücündə zəlzələ olub. ABŞ-ın Geoloji Araşdırma mərkəzi zəlzələnin Pakistanın Əfqanıstan və İranla sərhəd bölgəsində yerləşən Bəlucistan vilayətindəki Dalbandin qəsəbəsindən 230 kilometr cənub-qərbində baş verdiyi haqda məlumat verib. Pakistanın Geo TV şirkəti xəbər verib ki, zəlzələ nəticəsində iki nəfər həyatını itirib və bəzi evlər dağılıb. Hələlik itkilər barədə rəsmi məlumat verilməyib. Zəlzələ saat yerli vaxtla saat16:29 iradələrində, yerin 23 kilometr dərinliyində baş verib.