Günün ulduz falı (24.09.2013)

QOÇ

Özünüzə inam güclü olacaq. Böyük bir enerjiylə hərəkətə keçə bilər, əlinizə keçən fürsətləri qiymətləndirə bilərsiniz. Eşq potensialınız yüksək olacaq.

BUĞA

Son dərəcə hərəkətli və əhvalı yüksək olacağınız bir gündür. Zarafatlı və şən rəftarınız ətrafınıza da sirayət edəcək. Yoldaşlarınızı və yaxınlarınıza təsir edə bilər, istəklərinizi qəbul etdirə bilərsiniz.

ƏKIZLƏR

Köhnə bir dostunuzla təsadüfən qarşılaşa bilərsiniz. Birlikdə oturub köhnə günləri xatırlayacaq və xoş vaxt keçirəcəksiniz. Pul mövzusunda çətinliklər ola bilər.

XƏRÇƏNG

Bu gün alacağınız bir xəbərdən çox təsirlənəcəksiniz. Ancaq əhvalınız və özünüzə olan inam yüksək olduğu üçün xəbər üzərində dayanmayacaq və diqqətinizi işlərinizə yönəldəcəksiniz.

ŞIR

Planlarınızın tətbiqinə başlamadan əvvəl mövzuyla əlaqəsi olmayan kəslərə açıqlama verməyin. Çünki qarşı tərəf qısqandığı üçün fərqində olmadan zərər verə bilər. Ehyitatı əldən verməyin, tədbirli davranın.

QIZ

Qərar verməniz lazım olan mövzularda tələsik davranışlara yol verməyin. Günün hadisələrini anlayışlı qarşılayacaqsınız. Ev əşyaları və ya istifadə etdiyiniz vəsaitləri yeniləyəcək, dəyişdirəcək və ya yenidən təşkil edəcəksiniz.

TƏRƏZI

Bu gün çox həyəcanlar yaşayacaqsınız. Işlərinizi böyük bir istəklə davam etdirəcəksiniz. Içinizdə baş qaldıran narahatlıqlardan uzaqlaşmağı bacaracaqsınız.

ƏQRƏB

Gözlədiyiniz xəbərləri eşidəcək, işlərinizi düşündüyünüz kimi planlaşdıracaqsınız. Ictimai və mədəni fəaliyyətlərinizi artıra bilər, diqqətinizi gələcəyə istiqamətli məsələlərə yönəldə bilərsiniz. Gizli eşq macəraları sizi çəkəcək.

OXATAN

Əvvəldən başlatdığınız işləri enercili şəkildə davam etdirəcəksiniz. Hadisələrin inkişafını izlərkən müdaxilə edə bilər, düşündüklərinizi tətbiq etmək üçün səbirsizlik nümayiş edəcəksiniz. Əhvalınızı yüksəltməlisiniz.

OĞLAQ

Bu gün kompleks vəziyyətlərlə qarşılaşmayacaqsınız. Qarşılaşsanız belə bunların üzərində dayanmayacaq və bildiyiniz kimi davranmağa davam edəcəksiniz. Müsbət bir gündür.

DOLÇA

Meydana gələn hadisələrdən bir az çox təsirlənəcəksiniz. Yaxşı olar ki, bu gün hisslərinizə nəzarət edəsiniz. Aqressiv rəftardan uzaq olun. Maliyyə sferasında gözlədiyiniz bəzi inkişaflar gecikə bilər.

BALIQLAR 

Duyğularınız və düşüncələriniz tez-tez dəyişəcək. Hadisələrdən çox təsirlənə bilər və bu səbəblə qərarsız vəziyyətdə ola bilərsiniz. Kəskin danışıqdan və ünsiyyyətə olan kəsi acılamaqdan uzaq durun.