Almaniyada Merkel tərəfdarları qələbə çalıb

Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi “Xristian Demokrat Ittifaqı – Xristian Sosial Ittifaqı” (CDU-CSU) bazar günü ölkədə keçirilən parlament seçkilərində açıq fərqlə qalib gəlib. 

 

Iqtidardakı CDU-CSU ittifaqının siyahısı 41,5%, birmandatlı dairələrdəki namizədləri isə 45,3% səs alıb. CDU-CSU ittifaqının hazırkı hökumət ortağı – Azad Demokratlar Partiyası (FDP) 5 faizlik minimum baryeri aşa bilməyərək parlamentdən kənarda qalıb. Müxalifətdəki Sosial Demokrat Partiyası (SPD) 25,7%, Sol Partiya (Die Linke) 8,6%, Yaşıllar 8,4% səs toplayıb. A. Merkelin yeni hökuməti formalaşdırmaq üçün bir neçə səs ehtiyacı var(APA).