Sentyabrın 24-də Avropa Parlamentində Azərbaycanda insan hüquqlarının vəziyyəti müzakirə olunacaq. Müzakirələrə AXCP sədri Əli Kərimli də dəvət olunub. Bu barədə “Amerikanın səsi”nə müsahibəsində AXCP sədrinin özü məlumat verib.
“Avropa Parlamentində Azərbaycanda insan haqlarının vəziyyətilə bağlı dəyirmi masaya dəvət olunmuşdum. Amma təbii ki, pasportum olmadığından bu tədbirə qatıla bilməyəcəm”, – deyə Əli Kərimli bildirib.