“Azərbaycanlılar bu il Gürcüstanda 300 mln. dollar pul xərcləyib”. Bu sözləri Gürcüstan Turizm Administrasiyasının rəhbəri Georgiya Siqua ANS PRESS-ə eksklüziv müsahibəsində deyib. Onun sözlərinə görə, Gürcüstana bu il 1milyon azərbaycanlı gəlib ki, onlarında 300 mini sırf turizim məqsədli səfər edib: “Azərbaycan turizm sahəsində Gürcüstan üçün əsas 3 dövlətdən biridir. Hər il ölkəmizə xeyli sayda azərbaycanlı gəlir və bu tendensiya ilbəil artmaqdadır”.
Georgiya Siqua həmçinin əlavə edib ki, Gürcüstandan da Azərbaycana xeyli sayda turist gedib: “Bu ilki proqnozlarımıza görə, bu rəqəm 250 mini ötəcək. Azərbaycan bizim üçün vacib bir bazardır və biz bu əməkdaşlığı davam etdirməkdə maraqlıyıq”.